Y Ü K L Ə N İ R

Məişət miqyaslı xidmətlər

İsitmə sistemləri

İsitmə sistemləri istilik enerjisindən yararlanmaqla ev, ofis və digər yaşayış məskənlərində havanın temperaturunu lazımi səviyyədə saxlayan əsas vasitələrdən biridir. Bu temperatur rejimi bina və qurğularda insanların fəaliyyəti, texnoloji proseslərin normal şəkildə aparılması üçün əlverişli şərait yaradır. Onlar adətən mərkəzi İSH (İsitmə və Havalandırma. İng. HVAC) sistemlərinin bir parçası olur.

İsitmə sistemləri mərkəzi və ya fərdi olmaqla iki növə ayrılır. İsitmə sistemləri soyuq havada otaqlarda istilik balansını təmin edir. Xarici havanın iqlim göstəriciləri dəyişkən olduğundan otaqların temperaturunda da disbalansa səbəb olur. İsitmə sistemləri ayrı-ayrı məkanlarda onların təyinatına uyğun balanslaşdrılmış temperatur şəraiti yaradır. Fərdi və nisbətən kiçik yaşayış binaları üçün İSH sistemlərinin elektrik enerjisi təchizatını alternativ enerji mənbələri hesabına ödəmək də mümkündür.

KLİMATEX şirkəti əməkdaşların çoxillik təcrübəsinə və ən müasir texnologiyalara əsaslanaraq şifarişçilərə istənilən məkan üçün effektiv sistemlərin lahiyələndirilməsini və quraşdırılmasını təklif edir.