K L I M A T E X

İndustrial xidmətlər

Avtomatlaşdırma

Avtomatlaşdırma — hər hansı bir prosesin insan tərəfindən deyil, özü tənzimlənən texniki vasitələrdən istifadə etməklə icra edilməsidir. Avtomatlaşdırma əmək məhsuldarlığını artırmağa, məhsulun keyfiyyətini yaxşılaşdırmağa, idarəetmə proseslərini optimallaşdırmağa və sağlamlıq üçün təhlükəli olan istehsal sahələrində insanları qorumağa imkan verir. Avtomatlaşdırmanın ən böyük üstünlüyü əmək sərfini azaltmaq, enerji və materiallara qənaət etmək, keyfiyyət və dəqiqliyi artırmaqdır. Avtomatlaşdırma tam və yarım- olmaqla iki yerə bölünür. Tam avtomatlaşdırma sistemləri tələb olunan göstəricilərə uyğun olaraq, insan müdaxiləsi olmadan, verilən proqrama əsasən həyata keçirilir. Yarım avtomatlaşdırılmış sistemlərdə isə istifadəçinin istəyinə uyğun əməliyyatlar həyata keçirilir. Bir çox ağıllı ev sistemləri, inteqrasiya olunmuş BMS-lər (Building Management Systems), mərkəzi idarəetmə sistemlərinin yarı-avtomatlaşdırılmış bölmələri bu kateqoriyaya aiddir. Avtomatlaşdırma qurğularının iş prinsipini tənzimləməklə yanaşı, bu sistemlərin təhlükəsizliyini də təmin edir. Şirkətimiz fəaliyyət göstərdiyi bütün sahələrdə avtomatlaşdırmanı tətbiq olunacaq sistemlərin dəqiq tələblərinə uyğun olaraq layihələndirmə, proqramlaşdırma, avtomatlaşdırma qurğularının istehsalı, quraşdırılması və sazlanması ilə təmin edir.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Havalandırma sistemləri

- İsitmə sistemləri

- Kondisioner sistemləri

- Su, elektrik, qaz və kanalizasiya sistemləri

- BMS-lər (Bina İdarəetmə Sistemləri)

Bu sahədə əsas üstünlüyümüz ixtisaslı kadr heyətinə sahib olmağımız, qabaqcıl firmalarla əməkdaşlıq etməyimiz və müasir proqram və materiallarla təmin edilməyimizdir.