K L I M A T E X

Bizim Xidmətlərimiz

Layihələndirmə

LiNear proqramı, Alman istifadəçiləri arasında geniş tanınan və Avropada isitmə və havalandırma sistemlərinin dəqiq hesablanması və layihələndirilməsi üçün əsas alətlərdən biridir. Bu proqramın 24 min istifadəçisi yalnız Almaniyada deyil, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda da xəstəxanalar, iş yerləri və yaşayış məkanlarında komfort təmin etmək üçün istifadə olunur.

KLIMATEX olaraq, biz LiNear proqramının imkanlarından yararlanaraq, isitmə, havalandırma və qaz təchizatı sistemlərinin ən dəqiq hesabatını və layihələndirilməsini qısa müddətdə təqdim edirik. Eyni zamanda, su və kanalizasiya sistemləri ilə bağlı təkliflər hazırlayaraq, sifarişçilərimizə təqdim edirik. Layihənin hər mərhələsində sifarişçilərə dəqiq material siyahısı təqdim etməklə, daha səmərəli və optimal həllər təklif edirik.



LiNear proqramının 2D və 3D formatında dünya miqyasında tanınmış şirkətlərin avadanlıq kitabxanaları sayəsində layihələrimizdə hər bir detalı dəqiq planlayırıq. Almaniyada təhsil almış və LiNear şirkətinin beynəlxalq sertifikatına malik mühəndislərimiz layihələrinizi ən yüksək standartlara uyğun şəkildə həyata keçirirlər.

Siz də layihələriniz üçün LiNear proqramının üstünlüklərindən faydalanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Hər bir layihədə dəqiq, səmərəli və müasir həllər üçün KLIMATEX sizin etibarlı tərəfdaşınızdır!